Məzmuna keç

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın oldu:

Bakı ş. Xətai rayonu Yeromenko küç.56 ünvanında 24 mərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsində yanğın baş verib.

E-huquq.az FHN mətbuat xidmətinə istinadən bildirir ki, tüstülənmiş zonada qalmış 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.

FHN yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb. Mənzillər yanğından mühafizə olunub.