Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin vətəndaşların hüquqlarının qorunması, onların ərizə və şikayətlərinə diqqətin artırılması ilə bağlı tövsiyələri Bakı Apellyasiya Məhkəməsi tərəfindən daim diqqətdə saxlanılır.
E-huquq.az xəbər verir ki, məhkəməyə əlçatanlığı asanlaşdırmaq məqsədilə məhkəmə istifadəçiləri üçün müasir vasitələr və imkanlar yaradılıb. Məhkəmənin rəhbərliyi tərəfindən onların hər bir müraciətinə həssaslıqla yanaşılmaqla müraciətlərini fərdi qaydada sərbəst şəkildə bildirmək üçün lazımi şərait yaradılıb. Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 31-də Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov vətəndaşları qəbul edib. Bakı Apellyasiya Məhkəməsinin sədri qəbula gələn hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib onlara zəruri izahlar verib.
Vətəndaşlar onların müraciətlərinə diqqət və həssaslıqla yanaşılmasına, qəbulun keçirilməsi ilə bağlı yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
