Məzmuna keç

Məhkəmə Elçin Sadıqov və Əvəz Zeynallı barəsində qərar verdi

Bu gün Binəqədi Rayon Məhkəməsində vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

E-huquq.az-ın məlumatına görə, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bir neçə gün öncə jurnalist Eynulla Fətullayev həmkarı Əvəz Zeynallının vəkil Elçin Sadıqov vasitəsilə həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət aldığını iddia etmişdi. Daha sonra bununla bağlı səs yazısı yaymışdı. Həm Əvəz Zeynallı, həm də iş adamının vəkili olan Elçin Sadıqov iddiaları təkzib etmişdi.

Baş Prokurorluq əməkdaşları Əvəz Zeynallı ilə Elçin Sadıqovun evində və ofisində axtarış aparıb, bir sıra sənədlər götürülüb. Daha sonra hər iki şəxs barəsində cinayət işi başlanıb.