Məzmuna keç

Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev Əli Həsənovun Baş Nazirin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, sərəncamla Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.