Məzmuna keç

Çavuşoğlu: “Ermənistan dərhal təxribatlara son qoymalıdır”

“Azərbaycanın xarici işlər naziri qardaşım Ceyhun Bayramovla Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatlarını müzakirə etdik”.

E-huquq.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter"də yazıb.

“Ermənistan dərhal təxribatlara son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri uzlaşma çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”, – o qeyd edib.