Məzmuna keç

Ukraynada saxlanılan Misir Qasımlının məhkəməsi təxirə salındı –

Ukraynada həbsdə olan Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlının bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

E-huquq.az xəbər verir ki, prosesin təxirə salınmasına səbəb M.Qasımlının səhhətində yaranan problem olub. Belə ki, sentyabrın 4-dən aclıq aksiyasına başlayan M.Qasımlının vəziyyəti pis olduğu üçün məhkəməyə gətirilməyib.

Proses qeyri-müəyyən müddətə qədər təxirə salınıb.

***

"Misir Qasımlının səhhəti hazırda çox pisdir, onunla heç cür əlaqə yarada bilmirik".

E-huquq.az xəbər verir ki, bunu Ukraynada həbsdə olan Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlının vəkili Aygül Rəfiyeva deyib.

O bildirib ki, bu gün Bakı vaxtı ilə 15:00-da Misir Qasımlının növbəti məhkəmə iclası təyin edilib. Vəkilin sözlərinə görə, M.Qasımlının məhkəməyə gətirilib-gətirilməyəcəyi məlum deyil.

"Misir artıq 10 gündür ki, aclıq elan edib. Dostlar, qəhramanımız üçün dualarınızı əsirgəmiyin!" – deyə A.Rəfiyeva qeyd edib.

Qeyd edək ki, Misir Qasımlı və Sübhan Quliyev Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, 1 ildən çoxdur ki, sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar. Hazırda onların məhkəmə iclası davam edir. Hər iki şəxs sentyabrın 4-dən aclıq aksiyasına başlayıb.