Məzmuna keç

Həbsdə olan vəkil Elçin Sadıqov apellyasiya şikayəti verdi

Həbsdə olan vəkil Elçin Sadıqov barəsində olan həbs qətimkan tədbiri ilə bağlı Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

E-huquq.az xəbər verir ki, bu barədə E.Sadıqovun vəkili Şəhla Hümbətova məlumat verib.

O bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsində icraata götürülüb. İş üzrə proses sentyabrın 15-nə təyin edilib. Şikayət hakim Zəki Babayevin sədrliyi ilə araşdırılacaq.