Məzmuna keç

Zakir Qaralov Siyəzən və Xızı sakinlərini qəbul edəcək

Zakir Qaralov Siyəzən və Xızı sakinlərini qəbul edəcək 

Baş prokuror Zakir Qaralov Siyəzən və Xızı rayon sakinlərini qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il oktyabrın 25-də saat 10:00-da Siyəzən rayon prokurorluğunun inzibati binasında Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Siyəzən rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.