Avropa Məhkəməsi müvəqqəti tədbirlər görülməsi proseduru ilə əlaqədar yeni qaydalar müəyyən edib.
E-huquq.az xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı bildirib.
Onun sözlərinə görə, artıq ciddi və bərpaedilməz zərər vurulması riski ortaya çıxdıqda əvvəlki kimi poçt və ya faks yolu ilə Məhkəməyə müraciət göndərməyə ehtiyac yoxdur.
""eComms" hesabı olanlar həmin hesabdan, hesabı olmayanlar isə qeydiyyatdan keçməklə müraciətlərini göndərə bilərlər. Müraciəti gondərdikdə geri qayıdıb düzəliş etmək mümkün olmur. Müvəqqəti tədbirlər daha çox Konvensiyanın 2 və 3-cü maddələri, ekstradisiya, həbsdə saxlanılan şəxsin sağlamlıq vəziyyəti ilə bağlı hallarda tətbiq edilir", – deyə vəkil qeyd edib.
