“Məhkəmə mübahisələrində zərərçəkənlərin hüquqlarının müdafiəsi işində Ombudsman instititunun səlahiyyətləri artırılmalıdır”.
E-huquq.az-ın məlumatına görə, bunu millət vəkili Azay Quliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, bəzi hallarda Ombudsman institutu məhkəmə çəkişməsində zərərçəkənlərin hüquqları ilə bağlı məsələyə konkret müdaxilə etmir, müşahidəçi kimi qalır: “Bununla bağlı çoxsaylı şikayətlər var. Bu baxımdan hesab edirəm ki, bu sahədə Ombudsmanın səlahiyyətləri artırılmalıdır”.
