Məzmuna keç

Gəncədə arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Gəncədə arvadını qətlə yetirməkdə təqsirləndirilən Rauf Vəliyevin işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki,iş üzrə toplanan materiallar araşdırılması üçün Gəncə ağır cinayətlər məhkəməsinə göndərilib.

İşə hakim Xəqani Səmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2022-ci il mayın 23-də Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 1997-ci il təvəllüdlü Aynurə Bayramovanın bıçaqla qətlə yetirilməsi barədə məlumat daxil olub. Dərhal polis və şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, Aynurə Bayramovanın həyat yoldaşı Rauf Vəliyev isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Rəşid Qarayev