Məzmuna keç

Vüqar Səfərliyə hökm oxundu

Uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

V.Səfərli 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır.

V. Səfərli əvvəllər Vəkillər Kollegiyasının üzvü olub. O, bir müddət əvvəl Kollegiyadan uzaqlaşdırılıb.