Məzmuna keç

Gəncə Kommersiya Məhkəməsinin kollektivi erməni terroru nəticəsində həlak olanların xatirəsini yad etdi –

Oktyabrın 11-də Gəncə Kommersiya Məhkəməsinin kollektivi Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, mülki əhaliyə qarşı törədilən cinayətin izləri ilə tanış olub.

E-huquq.az xəbər verir ki, həlak olan dinc sakinlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib, ruhlarına dualar oxunub, dağılmış yaşayış binalarının ətrafına güllər düzülüb.

Qeyd edək ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 2020-ci ildə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terror aktları nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.