Məzmuna keç

Hakim Süleyman Ağayevin səlahiyyətlərinə xitam verildi

Xəbər verdiyimiz kimi, Məhkəmə-Hüquq Şurasının (MHŞ) iclası keçirilib. İclasda 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, 1 nəfərin isə tutduğu vəzifədən azad edilməsi ilə bağlı qərarlar qəbul edilib.

E-huquq.az xəbər verir ki, MHŞ həmin hakimlərin adını açıqlamasa da, səlahiyyətinə xitam verilən hakimlərdən birinin Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayev olduğu məlum olub. O, işdə yol verdiyi nöqsanlara görə cəzalandırılıb.

Qeyd edək ki, S.Ağayev 2012-ci ildən Sabunçu Rayon Məhkəməsinin hakimi olub. O, daha əvvəl İmişli Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.