Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 6-ya çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.
Bildirilib ki, yaralıların sayı 27-yə yüksəlib, daha bir neçə nəfər itkin düşmüş hesab edilir.
Qeyd olunub ki, binada plitələrin çökməyə başlaması xilasetmə əməliyyatına mane olur.
***
22.19
Rusiyanın Yeysk şəhərində çoxmərtəbəli binanın yaxınlığında "Su-34"ün qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 21 nəfərdir, onlardan 4-nün vəziyyəti ağırdır.
E-huquq.az xəbər verir ki, bu barədə Yeysk Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Miqran Qriqoryan TASS-a bildirib.
Ölənlərin sayı 3 nəfərdir, onların arasında 8-10 yaşlı uşaq da var.
***
20.15
Rusiyanın Krasnodar vilayətinin Yoysk şəhərində hərbi təyyarə yaşayış binasının həyətinə düşüb.
E-huquq.az xəbər verir ki, “Su-34” təyyarəsi Yoysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşdükdən sonra yanğın baş verib. Yanğın 9 mərtəbəli binaya keçib. İlkin məlumata görə, yanğın binanın 15 mənzilini bürüyüb. Pilotun katapult edərək xilas olduğu bildirilir.
Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.
