Oktyabrın 21-də Laçın rayonunun Suarası kəndində, minalardan təmizlənməmiş ərazidə 2 nəfər piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb.
Bu barədə e-huquq.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ilkin məlumata əsasən, hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıb.
"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", – ANAMA-dan qeyd olunub.
***
20.06
Laçında iki nəfər minaya düşüb.
E-huquq.az-ın məlumatına görə, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Suarası kəndində baş verib.
Belə ki, kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olan 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal polis əməkdaşkarının və Daxili qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıb. Hazırda onların müalicəsi davam etdirilir.
Fakt Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan e-huquq.az-a təsdiq edilib.
Qeyd edək ki, minaya düşən hər iki şəxsin elə əslən Laçının Suaarası kəndindən olduğu bildirilir.
