Məzmuna keç

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilir

Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi başlayıb.

E-huquq.az-ın xəbərinə görə, müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələri iştirak edir.

İclasdan əvvəl Milli Məclisin sədri Sahibə Qafarova partiya sədrləri ilə görüşüb.

İclası vitse-spiker Fəzail İbrahimli açıq elan edib.