Məzmuna keç

Vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 31-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifov Şabranda vətəndaşları qəbul edəcək.

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 31-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifov Şabranda vətəndaşları qəbul edəcək.

Ali Məhkəmənin Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulu Şabran Rayon Məhkəməsində (ünvan: Şabran şəhəri, Qulam Qasımov küç., 6) saat 11:00 başlanacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Şabran Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502557715 əlaqə nömrələri və ya [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.