Məzmuna keç

“Ali təhsil haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı

Bu gün Şuşada Milli Məclisin Elm və təhsil və Mədəniyyət komitələrinin birgə iclası keçirilir.

E-huquq.az xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.

İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır:

– "Ali təhsil haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi.

– İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası sahəsində tədbirlər.

Qeyd edək ki, "Ali təhsil haqqında” qanun layihəsi ilk dəfədir ki, parlamentin komitələrində müzakirəyə çıxarılır. Bundan əvvəl qanun layihəsi İşçi qrupda müzakirə olunub.