Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Rusiyanın Soçi şəhərində keçirilən görüş başa çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə N.Paşinyanın mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, görüş 1 saatdan çox davam edib.
***
Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı N.Paşinyanın mətbuat xidməti yayıb.
Qeyd edək ki, bu gün Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olacaq.
