Məzmuna keç

XİN başçısının müavini Azərbaycanın Ermənistana qarşı beynəlxalq səviyyədə həyata keçirdiyi işləri açıqladı

“Ermənistana qarşı beynəlxalq səviyyədə müvafiq hüquqi addımların atılmasına başlanılıb”.

E-huquq.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O xatırladıb ki, 2021-ci ilin yanvarında Avropa Məhkəməsində Ermənistana qarşı Azərbaycan tərəfindən ilk iddia qaldırılıb: “Həmin iddia Birinci Qarabağ müharibəsi, işğal dövründə olan hüquqi pozuntular, təxribatlar və İkinci Qarabağ müharibəsi dövründəki təxribatları əhatə edir. Daha sonra minalarla bağlı da şikayət vermişik”.