Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar keçid məntəqəsində Rusiyaya gedən iritonnajlı yük maşınlarının çoxluğu ilə əlaqədar olaraq hərəkət sxemi dəyişdirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Azərbaycandan Rusiyaya gedən yük avtomobillərinin sayının artması ilə əlaqədar noyabrın 17-nə kimi Yaraq-Kazmalyar avtomobil buraxılış məntəqəsində müvəqqəti olaraq hərəkət qrafiki dəyişdirilib”, – məlumatda deyilir.
Yük daşımaları üçün bütün altı zolaq avtomobillərin Rusiyaya daxil olması üçün istifadə olunur.
"Yük avtomobillərinin Rusiya ərazisindən Azərbaycana çıxışı üçün qonşu Tagirkent-Kazmalyar keçid məntəqəsindən istifadə etmək tövsiyə olunur. Tağırkənt-Kazmalyarda yük avtomobillərinin qeydiyyatı giriş üçün iki, çıxış üçün iki hərəkət zolağında aparılır", – Nazirliyin mətbuat xidməti əlavə edib.
Yaraq-Kazmalyar Şimal-Cənub nəqliyyat dəhlizinin sərhədindən əsas avtomobil keçidlərindən biridir. Sərhəd keçid məntəqəsi Azərbaycan, İran, Hindistana tranzit, malların ixracı və idxalının təmin edilməsində strateji əhəmiyyətə malikdir.
