Məzmuna keç

Azərbaycanda yeni qanun layihəsi hazırlanır

"Mülki müdafiə haqqında" yeni qanun layihəsi hazırlanır.

E-huquq.az xəbər verir ki, bunu FHN-nin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanov deyib.

O bildirib ki, mülki müdafiə sahəsindəki qanunvericilik bazası bu günün tələblərinə cavab vermir: "Hazırda çox böyük bir qanunvericilik bazasının hazırlanması istiqamətində işlər aparılır. Bunlardan biri "Mülki müdafiə haqqında" yeni qanun layihəsinin hazırlanmasıdır. Bütün aidiyyatı qurumlardan rəylər alınmaqla layihə müvafiq quruma təqdim olunub".