Məzmuna keç

MN: “Goranboydakı yol qəzasında 2 hərbçi xəsarət alıb”

Noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçumuz yüngül xəsarət alıb.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb.