Məzmuna keç

Yevlax və Xaçmaza yeni icra başçıları təyin olunub

Prezident İlham Əliyev Anar Tağıyevin Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Anar Tağıyevin Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Həmçinin, Prezident İlham Əliyev Elnur Rzayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.