Məzmuna keç

Azərbaycan qanunvericiliyinə əhalinin ərzaq təhlükəsizliyi anlayışı əlavə edilir

Azərbaycan qanunvericiliyinə əhalinin ərzaq təhlükəsizliyi anlayışı əlavə olunur.

E-huquq.az-ın xəbərinə görə, bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilir.

Belə ki, qanunun Əsas anlayışlar maddəsinə yeni əhalinin ərzaq təhlükəsizliyi bəndi əlavə olunur.

Əhalinin ərzaq təhlükəsizliyi – ölkə əhalisinin sağlamlığı və fəaliyyəti üçün vacib olan qida məhsullarına tələbatının təmin edilməsi məqsədi ilə dövlətin həyata keçirdiyi iqtisadi, hüquqi və təşkilati tədbirlər sistemidir.