Məzmuna keç

Milli Məclisdə ictimai dinləmə keçiriləcək

Dekabrın 15-də Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçiriləcək.

Bu barədə e-huquq.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, dinləmədə sahə mütəxəssisləri, ekspertlər, qeyri-hökumət təşkilatlarinin nümayəndələri iştirak edəcəklər.