“Azəriqaz”ın rəsmiləri canlı yayımda sualları cavablandıracaq
Dekabr ayının 21-də saat 15:00-da "Facebook" sosial şəbəkəsi üzərindən “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.
Bu barədə e-huquq.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, vətəndaşlar qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərini edə bilərlər.

