22.10.2026
Şəhid ailəsinin yaşadığı məhəlləyə küçə qaz xətti çəkildi –
Xəbərlər

Şəhid ailəsinin yaşadığı məhəlləyə küçə qaz xətti çəkildi –

Dek 20, 2022

SOCAR “Azəriqaz” İstehsalat Birliyi Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinin, qazilərin, bu qəbildən olan əhali kateqoriyasına aid şəxslərin müraciətlərinə hər zaman xüsusi həssaslıqla yanaşır.

Bu barədə e-huquq.az-a Birlikdən məlumat verilib.

Bildirilib ki, şəhid ailəsi SOCAR “Azəriqaz” İB-yə müraciət edərək fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib.

Daxil olan müraciət dərhal nəzarətə götürülüb və icrası istiqamətində işlərə başlanılıb. 130 metr uzunluğunda diametri 76 mm olan polad boru ilə küçə qaz xətti çəkilib, fərdi yaşayış evinə sayğac quraşdırılıb.

Bununla da şəhid ailəsinin etdiyi müraciət qısa zamanda həllini tapıb.