Məzmuna keç

Paytaxtda kameraların arxiv görüntülərindən istifadə edilməklə 219 cinayətin açılması təmin olunub

Paytaxtda profilaktik tədbirlərin gücləndiriliməsi, mərkəzi küçə və prospektlərlə yanaşı, məhəllələrdə də müşahidə kameralarının quraşdırılması diqqət mərkəzindədir.

Paytaxtda profilaktik tədbirlərin gücləndiriliməsi, mərkəzi küçə və prospektlərlə yanaşı, məhəllələrdə də müşahidə kameralarının quraşdırılması diqqət mərkəzindədir.

E-huquq.az-ın məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

E.Hacıyev deyib ki, paytaxt sakinlərinin yaşayış binalarının ətrafına kameraların quraşdırılması ilə bağlı müraciətlərinə tərəfimizdən çevik reaksiya verilməklə təşəbbüsləri dəstəkləyirik. İctimai qaydanın etibarlı təminatında müasir dövrün çağırış və təhdidlərinə uyğun olaraq, qabaqcıl texnologiyaların paytaxtda dairəsinin genişlənməsi sosial neqativ hallara qarşı mübarizənin səmərəliliyini artırır.

Paytaxtda cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqi sayəsində cari ilin doqquz ayında Bakı Şəhər Baş Polis İdarəsinin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 3877 hadisə aşkarlanıb. Kameraların arxiv görüntülərindən istifadə edilməklə 219 bağlı cinayətin açılması təmin olunub.