Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 24 mln. 51 min 100 manat məbləğində kreditlər verilib.
E-huquq.az-ın Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 5 mln. 864 min 300 manat və ya 32,2% çoxdur.
Verilmiş kreditlərin 3 mln. 458 min 200manatı və yaxud 14,4%-i qısamüddətli, 20mln. 592 min 900 manatı və yaxud 85,6%-i uzunmüddətli kreditlər olub. Bir il əvvəlki dövrlə müqayisədə qısamüddətli kreditlərin həcmi 1 mln. 622 min 100manat və ya 88,3% azalıb.
2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə uzunmüddətli kreditlərin həcmi isə 4 mln. 242 min 200 manat və ya 25,9% azalıb.
