Özbəkistanda axtarışda olan şəxs Azərbaycanda tutulub.
E-huquq.az xəbər verir ki, Özbəkistan vətəndaşı, 28 yaşlı İsa Mavlenov İstanbul-Bakı reysi ilə Azərbaycana gələn zaman hava limanında saxlanılıb.
O, Özbəkistan Cinayət Məcəlləsinin 48 və 223-cü (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə axtarışda olub.
Mənbə: Report
