Məzmuna keç

Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirildi

Noyabrın 4-də Estoniyanın paytaxtı Tallin şəhərində Estoniya-Azərbaycan Hökumətlərarası Komissiyasının dördüncü iclası keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov məlumat paylaşıb.

Məlumata görə, iclasda iki ölkə arasında nəqliyyat, logistika, ticarət, rəqəmsal inkişaf və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Həmçinin süni intellekt, rəqəmsal hökumət, texnoloji sahibkarlıq və regional nəqliyyat bağlantılarının inkişafı, eləcə də enerji, ticarət və təhsil sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İclasın yekununda müzakirə olunan məsələləri əks etdirən protokol imzalanıb.