Məzmuna keç

Bakının bəzi yollarında sürət həddi aşağı salındı

Yağıntılı hava şəraitinə görə Bakının bəzi yollarında sürət həddi aşağı salınıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən e-huquq.az-a verilən xəbərə görə, hazırda paytaxt ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar olaraq, Heydər Əliyev prospektində, Aeroport şossesində, Mərdəkan-Buzovna yolunda, Bilgəh yolunda, Zığ şossesində quraşdırılan məlumat sürət portallarında hərəkət sürəti 20 km/saat endirilib.