"Bu gün Prezident İlham Əliyevin yeni sosial islahat çərçivəsində sosial müavinətlər, təqaüdlər, maaşların artımı ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalaması Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinin hər zaman dövlət qarşısında duran prioritet məsələrdən biri olduğunu göstərir".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun sözlərinə görə, artımlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.
"2023-cü il dövlət büdcəsinin 46%-nin sosial müdafiə və sosial təminat xərcləri üçün ayrılması Azərbaycanda sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanıldığını bir daha təsdiq edir. Ümumilikdə, son beş il ərzində cənab İlham Əliyevin sərəncam və fərmanlarına əsasən 4 sosial paket qəbul edilib. Prezidentin bugünkü fərman və sərəncamları da vətəndaşların sosial rifahının yaxşılaşmasına xidmət edəcək. Bu artımlar onu göstərir ki, ölkə başçısısının yürütdüyü siyasətin mərkəzində vətəndaş amili dayanır", – deyə deputat qeyd edib.
Xəyalə Bünyatova
