Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Old 20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib.
E-huquq.az xəbər verir ki, səfir “Twitter“ səhifəsində 20 yanvar hadisələrində şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad etdiyini bildirib.
“Onlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçiblər”, – deyə Fergus Old qeyd edib.

Xəyalə Bünyatova
