Məzmuna keç

Ceyhun Bayramov Laçın-Xankəndi yolunda keçirilən aksiya barədə danışdı

"Etirazçıların humanitar fəlakət yaratmaq məqsədi yoxdur. Bütün nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edir. Məsuliyyətli dövlət olaraq atılan addımlar barədə məlumat veririk".

E-huquq.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov Laçın-Xankəndi yolunda keçirilən aksiya barədə danışarkən deyib.

O bildirib ki, kontekstdən çıxarılmış fikir barədə müzakirə aparmaq doğru deyil: "Əsas hədəf ekoloji fəlakətlərin dayandırılmasıdır".

Eltac Nurullazadə