Məzmuna keç

“20 Yanvarda yandırılan müstəqillik atəşi bu gün Şuşaya gedən Zəfər yolunu işıqlandırır” –

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin qurbanlarını yad edib.

E-huquq.az xəbər verir ki, nazir "Twitter" səhifəsində 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə paylaşım edib.

"1990-cı il yanvarın 20-də alovlanan istiqlal atəşi bu gün də müqəddəs Şuşaya aparan “Zəfər yolu”nu işıqlandırır. Bu atəşi yandıran müqəddəs şəhidlərin xatirəsi əbədi yaşayacaq", – deyə XİN başçısı paylaşımda qeyd edib.

Eltac Nurullazadə