"Şəhidlərin qanları sayəsində bu torpaqlar müstəqillik qazandı. Bu mübarizə Qarabağın da azadlığı üçün yol açdı".
E-huquq.az-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.
"20 Yanvar faciəsindən sonra xalq müstəqillik əldə etmək üçün Azadlıq meydanında toplaşmışdı. Çox keçmədi ki, Azərbaycan müstəqillik əldə etdi", – deyə səfir qeyd edib.
Eltac Nurullazadə
