"20 Yanvar bizi müstəqilliyə aparan yol oldu. Azərbaycan xalqı 20 Yanvar şəhidlərini heç vaxt unutmur və unutmayacaq".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.
O bildirib ki, Azərbaycan dövləti hər zaman bu faciənin bütün müqəssirlərinin öz əməllərinə görə ədalət qarşısında cavab vermələri üçün çalışıb.
"Bu mübarizə əslində bu gün də davam edir. Ona görə də dünyanın hər yerində yaşayan soydaşlarımız 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çalışmalıdır", – deyə deputat qeyd edib.
Eltac Nurullazadə
