Məzmuna keç

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi –

Qanlı 20 Yanvar faciəsindən 33 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib.

E-huquq.az xəbər verir ki, dövlət başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad edib.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.