"Avropa İttifaqının Ermənistana göndərəcəyi yeni xüsusi missiya Azərbaycana ciddi mane olmayacaq. Bu addım Ermənistanı sakitləşdirmək üçün atılan addımdır və heç nəyi həll etmir".
Bunu e-huquq.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Bununla bərabər, politoloq missiyanın sülh üçün yaxşı heç nə vəd etmədiyini və Ermənistanın bundan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanə kimi istifadə edəcəyini vurğulayıb.
"Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda öz üzərinə öhdəliklər götürüb. Lakin bu öhdəlikləri yerinə yetirməyib. Silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, ərazilərimizi minalamağa davam edib. İndi missiyanın yerləşdirilməsi Ermənistana biraz da bəhanə verəcək ki, razılaşmaları yerinə yetirməsin", – deyə E.Şahinoğlu bildirib.
Xəyalə Bünyatova
