Məzmuna keç

Azər Badamov: “Azərbaycan-Rumıniya əlaqələri özünün inkişaf dövrünü yaşayır”

"Azərbaycan-Rumıniya əlaqələri özünün inkişaf dövrünü yaşayır".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O, Azərbaycanın Avropa İttifaqında strateji tərəfdaşlıqla bağlı sənədi ilk olaraq Rumıniya ilə bağladığını qeyd edib. Bildirib ki, bu, ölkəmizin Avropa İttifaqına yaxınlaşmasının sürətlənməsinə yol açır.

"Ölkələrimiz arası ticarət dövriyyəsi əsasən xam neftin üzərində qurulsa da, gələcəkdə əməkdaşlığın genişləndirilmə imkanları daha genişdir. Azərbaycan bu ildən Rumıniyaya qaz ixracına başlayıb. Həm də yaşıl enerjinin Rumıniyaya ixracı məsələsi də artıq aktuallaşıb. Enerji sahəsində əməkdaşlıqla yanaşı, ölkələrimiz arasında investisiyaların yerləşdirilməsi, ticarət, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlıq etmək imkanlar genişdir. Prezident Klaus Yuhannisin Bakıya səfəri çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsinə dair yeni sənədlər imzalandı. Azərbaycan Ruminyanın Cənubi Qafqazda birinci tərəfdaş ölkəsidir. Perspiktivdə olan yeni layihələrin icrası ölkələrimiz arası iqtisadi əməkdaşlığın daha dərinləşməsinə imkan verəcəkdir", – deyə deputat vurğulayıb.

Eltac Nurullazadə