Məzmuna keç

Cəlilabadda iki yük avtomobili toqquşdu –

Cəlilabad rayonunun Privolnoye kəndində “Ford” və “MAZ” markalı iki yük avtomobili toqquşub. Nəticədə “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.