Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz saxlanması ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan e-huquq.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Zərdab RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıqaya kənd sakini Mehman Şükürovun evinin həyətindən 4 kiloqram 785 qram və Məlikli kənd sakini Səbuhi Qədirovun evindən isə 481 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
