Məzmuna keç

DSX-nin kursantı yol qəzasında öldü –

Qəbələ rayonunun Uludaş kəndi ərazisində rayon sakini Ramiz Qəribov idarə etdiyi "QAZ-31" markalı avtomobillə yolu keçmək istəyən piyada 2003-cü il təvəllüdlü Laçın Tərlan oğlu Mahmudovu vurub. 20 yaşlı L. Mahmudov hadisə yerində keçinib.

E-huquq.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun Baş İnspektoru Mahir Məsimov bildirib.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb və sürücü polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

***

00.24

Fevral ayının 13-də saat 19:30 radələrində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 3-cü kurs kursantı Mahmudov Laçın Tərlan oğlu məzuniyyətdə olarkən Qəbələ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

Bu barədə e-huquq.az-a Dövlət Sərhəd Xidməti feysbukda məlumat yayıb.

Bildirilib ki, DSX-nin rəhbərliyi kursantın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.