Məzmuna keç

Daşkəsəndə “Açıq mikrofon” aksiyası keçirildi –

Fevralın 13-də SOCAR "Azəriqaz" İstehsalat Birliyinin "Səyyar qəbul otağı" Daşkəsən rayonunda təşkil olunub.

E-huquq.az xəbər verir ki, aksiyada ümumilikdə 12 müraciət ünvanlanıb. Rayonun S.Vurğun küçəsində yaşayan Rövşən Əmrahovla Əli Əkbərov onlara məxsus debitor borcun araşdırılmasını istəyiblər.

Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsinin qaz təminatının bərpa olunması ilə bağlı müraciət isə Azər Şirinov tərəfindən ünvanlanıb.

Görüşdə səsləndirilən müraciətlər Şəmkir RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra araşdırılması üçün qeydiyyata alınıb.