“Gələn il Azərbaycanda milli təhlükəsizlik xərclərinin 8,8 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, ümumi büdcə xərclərinin 20,8 faizinə bərabərdir”.
E-huquq.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu göstərici 2025-ci illə müqayisədə 748,4 milyon manat və ya 9,3 faiz çoxdur.
Nazir müavini qeyd edib ki, 2023-2027-ci illər ərzində milli təhlükəsizlik xərcləri 3 milyard manat və ya 51 faiz artıb.
Şəbnəm Mehdizadə
