Məzmuna keç

BMT azlıqların hüquqlarına dair yeni bələdçi dərc etdi

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Bərabər Hüquqlar Trastı (Equal Rights Trust) beynəlxalq təşkilatının birgə səyləri nəticəsində “Azlıqların hüquqlarının müdafiəsi. Ayrı-seçkiliyə aid qanunvericiliyin yaradılması üzrə praktiki Bələdçi” adlı vəsait çap ediib.

E-huquq.az xəbər verir ki, praktiki vəsaitin nəşr olunmasında məqsəd bərabərlik hüquqlarına və ayrı-seçkiliyə yol verilməməsi standartlarına hörmət etmək, onları qorumaq və yerinə yetirmək üçün əsas beynəlxalq hüquq öhdəliklərinə riayət olunması istiqamətində dövlətlərə yardımçı olmaqdır.

Bu praktiki vəsait ayrı-seçkiliyə aid tərtib oluna biləcək qanunun geniş məzmununu və əsas müddəalarını təfərrüatlı şəkildə müəyyən etməkdə köməklik göstərir. Kitab bərabərlik hüquqları ilə bağlı mövcud beynəlxalq hüquqi standartlara əsaslanan ayrı-seçkiliyə aid qanunvericilik sənədlərinin hazırlanması üçün qanunvericilərə və vəkillərə müxtəlif alətlər və vasitələr təqdim edir.

Vəsaitin ingilis dilində versiyasını bu linkdən əldə etmək olar:

https://www.ohchr.org/sites/default/files/documents/publications/2022-11-28/OHCHR_ERT_Protecting_Minority%20Rights_Practical_Guide_web.pdf