Məzmuna keç

“Avrora”ya cərimə yazıldı

"Avrora" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 485.2-ci ( Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

Binəqədi Rayon Məhkəməsi hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Avrora"min beş yüz manat məbləğində cərimə edilə bilər.

Eltac Nurullazadə